Avropa İttifaqı (Aİ) ölkələrinin Xarici İşlər nazirləri Belarusdakı vəziyyəti müzakirə edəcəklər.

Bu barədə Polşanın Xarici İşlər Nazirliyi (XİN) "Twitter" hesabında məlumat yayıb.

Məlumatda bildirilib ki, Polşanın çağırışına cavab olaraq Aİ XİN başçıları avqustun 14-də Belarusdakı vəziyyəti müzakirə etmək üçün xüsusi videokonfrans keçirəcəklər.

Videokonfransda Türkiyə-Yunanıstan münasibətlərindəki gərginlik, habelə Venesuela və Livandakı vəziyyət də müzakirə olunacaq.

Xatırladaq ki, Belarusda avqustun 9-da prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyası hazırkı dövlət başçısı Aleksandr Lukaşenkonun 80% səslə qalib gəldiyini elan edib. Belarus Prezidentinin əsas rəqibi S. Tixanovskayanın isə 10% səs topladığı açıqlanıb.

Seçkilərdən sonra paytaxt Minsk də daxil olmaqla, ölkənin müxtəlif şəhərlərində nəticələrə etiraz edən vətəndaşlarla polis qüvvələri arasında toqquşmalar artıq üç gündür davam edir.

.