Avropa İttifaqı (Aİ) ölkələrinin səfirləri mayın 12-də Brüsseldə keçirilən görüşdə Rusiyaya qarşı 11-ci sanksiyalar paketi ilə bağlı razılığa gələ bilməyiblər.

Bu barədə “Рolskie Radio” məlumat yayıb.

Gələn həftə daha bir görüşün keçiriləcəyi bildirilib. Polşanın Aİ-dəki səfiri Ancey Sadosun sözlərinə görə, sanksiyalar paketi növbəti görüşdə razılaşdırıla bilər.

Səfir qeyd edib ki, bir çox məsələlər çox mürəkkəbdir və buna görə də diqqətli ekspert təhlili tələb olunur.

.