Ağdərədə odlu silahlar aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan  verilən məlumata görə, polis əməkdaşları Ağdərə şəhər ərazisindən 2 avtomat, 2 tapança, 15 müxtəlif patron darağı, 2 dəbilqə, 2 canqoruyucu, 1 süngü bıçaq və 534 ədəd patron aşkar edərək götürüblər.

Faktla bağlı araşdırma aparılır.

.