Ağcabədidə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Rəncbərlər kəndi ərazisində qeydə alınıb.

Toy karvanına daxil olan “VAZ 2107” markalı avtomobil “ Mercedes” markalı yük maşını ilə toqquşub.

Qəza nəticəsində minik avtomobilində olan 2 nəfər ölüb, 3 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, ölən və xəsarət alan şəxslər toya gedirlərmiş.

.