Bayden administrasiyası ukraynalılara açıq şəkildə, həmçinin ayrılıqda Rusiya ərazilərinə hücumları dəstəkləmədiyini bildirib.

Bunu CNN-ə Ağ Evin strateji kommunikasiyalar kordinatoru Con Körbi Moskvaya edilmiş dron hücumlarına münasibət bildirərkən deyib:

"Biz onlara özlərini və öz ərazilərini, Ukrayna torpağını müdafiə etmələri üçün lazım olanları verməyə davam edirik, lakin biz Rusiyanın daxilinə hücumları dəstəkləmirik. Biz Rusiyanın daxilinə hücumları mümkün etmək və ya buna cəsarətləndirmək istəmirik, çünki biz müharibənin daha da eskalasiyasını istəmirik".

Con Körbi Ukraynanın dron hücumlarının arxasında olub-olmaması ilə məlumat olmadığını, ABŞ-ın hələ də baş verənləri anlamağa çalışdığını əlavə edib.

Körbi Ukrayna rəsmiləri tərəfindən ABŞ hərbi vasitələrindən Rusiyanın daxilini zərbə endirmək üçün istifadə edilməyəcəyi təminatı verildiyini xatırladıb.

.