ABŞ prezidenti Co Bayden 2024-cü maliyyə ili üçün büdcə layihəsini cümə axşamı, martın 9-da təqdim edəcək.

 

 Bu barədə Ağ Evin bəyanatında deyilir.

 

Cümə axşamı, martın 9-da prezident 2024-cü maliyyə ili büdcəsini təqdim etmək üçün Pensilvaniya ştatının Filadelfiya şəhərinə səfər edəcək.

 

Amerika prezidentinin çıxışının “Amerikaya investisiya yatırmaq, amerikalılar üçün qiymətləri aşağı salmaqda davam etmək” planlarına, eləcə də dövlət büdcəsinin kəsirini azaltmağa həsr olunacağı vurğulanır.

.