ABŞ və Cənubi Koreya Hərbi Dəniz Qüvvələri (HDQ) son 5 ildə ilk dəfə olaraq, gələn həftə genişmiqyaslı desant təlimi həyata keçirəcək.

Bu barədə Cənubi Koreya HDQ məlumat yayıb.

2018-ci ildən indiyə qədər ilk dəfə olaraq baş tutacaq “Ssangyong” adlı bu təlimlər 20 mart tarixində başlayacaq.

Təlimlərdə desant qüvvələri, hər iki ölkənin hücum gəmiləri daxil olmaqla 30 ədəd gəmi, F-35B qırıcıları da daxil olmaqla 70 ədəd təyyarə, AH-64 Apache hücum helikopterləri və 50-yə yaxın desant maşınından istifadə olunacaq.

.