Bu gün Gürcüstanın demokratiyası üçün qara gündür.

ABŞ-ın Gürcüstandakı səfirliyinin Gürcüstan parlamentində “xarici agentlər” haqqında qanun layihəsinin müzakirəsi ilə bağlı paylaşımında belə qeyd edilib.

“Bu gün Gürcüstanın demokratiyası üçün qara gündür. Parlamentin Kremlindən ilhamlanılmış bu qanunlarla bağlı (prosesi) irəli aparması Gürcüstan xalqının məlum Avropaya inteqrasiya və demokratik inkişaf arzusu ilə uyğun gəlmir. Bu qanunların ardınca getmək Gürcüstanın strateji tərəfdaşları ilə əlaqələrini zədələyəcək və Gürcüstanın bu qədər təşkilatlarının öz həmvətənlərinə yardım məqsədilə önəmli işlərini baltalayacaq. Proses və qanun layihələri hakim partiyanın Avro-Atlantik inteqrasiyaya sadiqliyi ilə bağlı real suallar doğurur”, - deyə bəyanatda bildirilib.

.