ABŞ Rusiyaya qarşı yeni sanksiyalar paketini açıqlayıb.

Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yeni sanksiyalar Rusiyanın müdafiə və texnologiya sektoruna, eyni zamanda Rusiyanın yüksək səviyyəli rəsmilərinə tətbiq olunur.

Ağ Ev rəsmiləri bildirib ki, Maliyyə Nazirliyi Rusiyaya qeyri-qanuni ilhaqı üçün siyasi və ya iqtisadi dəstək verən hər hansı şirkət, qurum və ya şəxslərə qarşı sanksiyalar və ixrac nəzarəti tətbiq edəcək.

Maliyyə Nazirliyi həmçinin, Rusiya ordusunun tədarük zəncirlərini dəstəklədiyinə görə, 14 beynəlxalq şirkətə qarşı da sanksiya tətbiq edir.

Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina və bank rəhbərinin birinci müavini Olqa Skoroboqatova, həmçinin Milli Təhlükəsizlik Şurasının üzvlərinin qohumlarına qarşı da sanksiya tətbiq olunur.

Dövlət Departamenti 900-dən çox Rusiya rəsmisinə viza məhdudiyyəti qoyur.

Maliyyə Nazirliyi kommersiya əməliyyatları məhdudlaşdırılan təşkilatlar siyahısına 57 qurumu əlavə edir.

ABŞ Rusiyaya dəstək verən Ermənistan şirkətinə sanksiya tətbiq edib

ABŞ Rusiya ordusuna dəstək verdiyi üçün Belarus, Ermənistan və Çindən olan şirkətlərə sanksiya tətbiq edib.

ABŞ Maliyyə Nazirliyi bildirib ki, Rusiyanın "Radioavtomatika" kompaniyasının Çin Xalq Respublikasının olan təchizatçısı Sinno Electronics Co. Limited (Sinno) və Ermənistandan olan təchizatçısı Taco LLC (Taco) sanksiya tətbiq olunan şirkətlər siyahısına daxil edilib.

"Sinno" Rusiyaya ixracla bağlı məhdudiyyətlərdən xəbərdar olaraq, Rusiyanın Ukraynaya növbəti işğalından əvvəl və sonra “Radioavtomatika” ilə davam edən əlaqələrini saxlayıb. İyun ayında “Sinno” Rusiyanın hərbi və yaxud müdafiə sənayesi bazasına dəstək verdiyi və Rusiyanın Ukraynaya növbəti işğalından sonra siyahıya alınmış və sanksiyaya məruz qalan Rusiya qurumları ilə təchizat müqaviləsini davam etdirdiyi üçün qara siyahıya salınıb. Eyni zamanda "Radioavtomatika" Taco LLC-yə komponentlərin idxalı və Ermənistan daxilində satınalma prosesinin aparılması üçün pul ödəyib. Bundan əlavə, həm “Sinno”, həm də Taco LLC "Radioavtomatika" ilə işlərinə görə bir-birləri ilə qarşılıqlı əlaqədə olublar”, - məlumatda deyilir.

.