ABŞ Konqresinin Nümayəndələr Palatasının çərşənbə günü baş tutan iclası spiker seçilmədən yekunlaşıb və konqresmenlər cümə axşamı yenidən bir araya gələcəklər.

Keçirilən altı səsvermənin heç birində Nümayəndələr Palatasının Respublikaçı lideri Kevin Makkarti spiker kürsüsünü qazanmaq üçün çoxluğun dəstəyini ala bilməyib.

Artıq yeni iclas cümə axşamı yerli vaxtla günortadan əvvəl (Bakı vaxtı ilə 21:00) başlayacaq.

.