ABŞ İran üzrə "qara siyahı"ya iki Çin və bir Avstraliya vətəndaşını, həmçinin altı Çin və bir Avstraliya təşkilatını daxil edib.

"TASS" verdiyi məlumata görə, bu barədə ABŞ Maliyyə Nazirliyinin bəyanatında deyilir.

Məlumata əsasən, Çin vətəndaşları və təşkilatları "qara siyahı"ya İranın "IRISL" nəqliyyat şirkətini dəstəklədiklərinə görə daxil ediliblər.

Bildirilri ki, Avstraliya vətəndaşı Əhməd Lukman Talib və ona məxsus olan şirkət terrorizmə maliyyə və maddi dəstək verdiyinə görə "qara siyahı"ya daxil ediliblər.

.