Ötən ay Münxendə Azərbaycan və Ermənistan liderlərinin görüşündən sonra ABŞ Dövlət katibi Antoni Blinken məni regiona səfərimlə bağlı təlimatlandırdı.

Bu barədə bu gün Bakıda səfərdə olan ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono bildirib.

O, əsas hədəfinin Azərbaycanla Ermənistan arasında sülhə nail olmaq, bu ağrılara son qoymaq olduğunu vurğulayıb.

“Sülh hər iki tərəfin xeyrinədir. Münhendə də tərəflər sülh istədiklərini bəyan edib. Bizim hədəfimiz isə bu nöqtəyə necə gəlməkdir. Sabah İrəvanda görüşüm olacaq. Mənim səfərimin məqsədi tərəfləri dialoqa və mümkün qədər tez görüşməyə təşviq etməkdir”, - diplomat vurğulayıb.

.