Amerikanın “Abrams” tanklarının bu il payızın əvvəlində Ukraynaya gəlməsi gözlənilir.

Bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin deyib.

“Biz bu tankların çatdırılmasını sürətləndirmək üçün əlimizdən gələni edirik, payızın əvvəli – proqnoz belədir”, - o deyib.

Ostin həmçinin qeyd edib ki, ABŞ indi tankları dəstəkləmək və saxlamaq üçün infrastruktur yerləşdirir.

Xatırladaq ki, daha əvvəl Ukraynanın müdafiə naziri Oleksiy Reznikov “Abrams” tanklarının Ukrayna Silahlı Qüvvələrinin bu əks-hücumunda iştirak etməyəcəyini bildirmişdi. Bununla belə, ukraynalı ekipajlar artıq təlimə gediblər.

.