ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) bu gün Rusiyaya dəstək verdiyi üçün 71 şirkətin adını sanksiyalar siyahısına əlavə edib.

Bu barədə məlumat ABŞ Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində dərc edilib.

Bildirilib ki, siyahıda 69 Rusiya, 1 Ermənistan və 1 Qırğızıstan şirkəti yer alır.

Sanksiyalar siyahısına əlavə edilən Ermənistanın “Medisar” şirkəti sənaye və laboratoriya kimyəvi məhsullarının idxalı ilə məşğuldur.

.