2020-ci ildə Azərbaycanda neft və kondensat hasilatı gündə orta hesabla 0,71 milyon barel təşkil edəcək.

Bu barədə ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya İdarəsinin (EIA) oktyabr ayında dərc edilmiş enerji bazarının icmalında deyilir

EIA-nın göstəricilərinə görə, 2020-cu ilin birinci və ikinci rüblərində hasilat müvafiq olaraq sutkada 0,77 və 0,7 milyon barel təşkil edib.

Proqnoza əsasən, bu ilin üçüncü və dördüncü rüblərində hasilatın sutkada 0,67 və 0,7 milyon barel təşkil edəcəyi gözlənilir.

2021-ci ildə Azərbaycanda neft və kondensat hasilatının sutkada 0,74 milyon barelədək artması gözlənilir.

Proqnoza əsasən, 2021-ci ilin birinci və ikinci rüblərində sutkada 0,72 və 0,74 milyon barel, üçüncü və dördüncü rübdə isə sutkada 0,75 milyon barel neft hasil olunacaq.

.