Braziliya Prezidenti Jair Bolsonaro Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ideoloji əsas olmadan işləməyə çağırıb.

Bu barədə “Reuters” xəbər yayıb.

Braziliya dövlət başçısı qeyd edib ki, sağlamlıq baxımından nə etməli olduğumuzu anlamaq üçün kənar şəxslərə ehtiyacımız yoxdur.

J.Bolsonaro ölkəsinin ABŞ-dan nümunə götürərək, ÜST-dən ayrılmaq niyyətində olduğunu açıqlayıb:

“Mən sizə xəbərdarlıq edirəm. ABŞ ÜST-dən çıxdı və biz də bu seçimi nəzərdən keçiririk”.

.