ABŞ polisi ölkənin bir neçə şəhərində afroamerikalı Corc Floydun ölümündən sonra başlayan etiraz aksiyaları müddətində təxminən 4 100 nəfəri saxlayıb.

Bu barədə  “Associated Press” xəbər verir.

Xatırladaq ki, Corc Floydun ölümü ilə nəticələnən saxlanma anının videogörüntülərinin yayılması Minneapolisdə və başqa şəhərlərdə kütləvi qarışıqlıqlara səbəb olub. Videoda polis əməkdaşlarının Floydu yıxaraq qollarını qandallamaları, həm də zabitlərdən birinin dizi ilə onun boynunu sıxması əks edilir. Saxlanılan şəxs əvvəlcə bir neçə dəfə nəfəs ala bilmədiyini deyib, sonra isə huşunu itirib. Floyd xəstəxanaya yerləşdirilib və reanimasiyada ölüb. İğtişaşlar başladıqdan sonra dörd polis əməkdaşı işdən çıxarılıb, onlardan biri isə ehtiyatsızlıqdan adam öldürməkdə ittiham edilib.

.