ABŞ-da bəzi banklar Rusiya istiqrazları ilə əməliyyatları bərpa edib.

Bu barədə bank sektorundakı mənbələr məlumat veriblər.

Bildirildiyinə görə, bunlar “JPMorgan Chase & Co”, “Bank of America Corp”, “Citigroup Inc”, “Deutsche Bank AG”, “Barclays Plc” və “Jefferies Financial Group Inc” kimi ABŞ-ın ən iri maliyyə institutlarıdır.

“Bəzi banklar Rusiya dövlət və korporativ istiqrazlarla ticarət etməyi təklif edir. Bir sıra banklar isə təklif edir ki, həm rubl, həm də dollarla istiqrazlar üzrə ticarət şərtləri yüngülləşdirilsin”, - deyə məlumatda qeyd edilir.

.