ABŞ bu ilin payızında Ukraynaya “Abrams” tanklarının çatdırılmasını planlaşdırır.

Bunu ABŞ müdafiə naziri Lloyd Ostin deyib.

Pentaqon rəhbərinin sözlərinə görə, ABŞ Ukraynaya hərbi yardım çərçivəsində “Abrams” tanklarının çatdırılmasını sürətləndirmək üçün əlindən gələni edir.

Rəsmi Vaşinqton tankları bu il payızın əvvəlində Ukrayna Silahlı Qüvvələrinə təhvil verməyi planlaşdırır.

.