ABŞ Dövlət katibi Mayk Pompeo ölkədə baş vermiş etiraz aksiyaları fonunda Belarusa qarşı sanksiya tətbiq edilməsini istisna etməyib.

Gazeta.ru-nun xəbərinə görə, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi saytı məlumat yayıb.

Dövlət katibi qeyd edib ki, ABŞ hazırda sanksiya tətbiqi və neft tədarükünün dayandırılması məsələlərini nəzərdən keçirir.

M.Pompeo, həmçinin, ABŞ-ın hələlik Belarusdakı vəziyyətə necə cavab verəcəyini müəyyən etmədiyini vurğulayıb.

.