İnternetdə satılan ən bahalı zinət əşyası adına çəkisi 28 karatdan çox olan brilyant qaşlı üzük layiq görülüb. Üzük "Christie’s" hərracında satılıb.

RBK verdiyi məlumata görə, 28,86 karat ağırlığında olan daş ən yüksək gemoloji xüsusiyyətlərə malikdir – rəng – D, saflıq – VVS1, tip – IIa. Hərracda dünyanın 30-dan çox alıcısı iştirak edib. Brilyant üzük 2,115 mln. ABŞ dollarına satılıb və bununla da onlayn auksionda satılan ən bahalı zərgərlik məmulatı adını qazanıb.

Hərrac evinin hesablamalarına görə, bu ilin iyununda zərgərlik onlayn ticarət səhifəsinə gündəlik ziyarətlərin sayı 2019-cu ilin iyununa nisbətən 70% artıb.

.