Masallı rayonunda 16 yaşlı qızla 31 yaşlı oğlanı evləndirmək istəyiblər.

Bu gün rayonun Sığınacaq kəndində toy üçün hazırlıq görülüb.

Hadisədən xəbər tutan polis əməkdaşları qızın və oğlanın valideynlərini polis şöbəsinə aparıblar.

Faktla bağlı araşdırma aparılır.
 

.